Aİ delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesi çərçivəsində əldə olunan irəliləyişi alqışlayır.

Metbuat.az xəbər verir ki, bu barədə Aİ-nin mətbuat xidmətinin bəyanatında deyilir.

“Aİ 1991-ci il Almatı sazişi əsasında Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində əldə edilmiş irəliləyişi, xüsusilə də Ermənistan-Azərbaycan sərhəd komissiyalarının mayın 15-də keçirilmiş 9-cu görüşü zamanı imzalanmış protokolu alqışlayır. Aİ tərəfləri digər həll edilməmiş ikitərəfli məsələlərin həlli üçün əlavə qətiyyətli addımlar atmağa çağırır və Cənubi Qafqaz regionunda davamlı və dayanıqlı sülhün bərqərar edilməsi üçün səyləri dəstəkləməyə sadiqdir”, - bəyanatda bildirilir.

Qeyd edək ki, 2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib. Görüşdə Azərbaycan-Ermənistan sərhədinin dörd hissəsində sərhədin müəyyənləşdirilməsinə dair protokol razılaşdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı