"Zəngəzur dəhlizi üçün Kalininqrad modeli qəbul edilib" - AÇIQLAMA

“Ermənistanla Azərbaycan arasında çərçivə sazişinin bağlanması istiqamətində ikitərəfli danışıqlar gedir. İki ölkə arasında mühüm razılaşmalar əldə edilib. Hətta Ermənistan Zəngəzur yolunun Azərbaycan təklif etdiyi "Kalinqrad formulunu" qəbul edib”.

Bu fikirləri Metbuat.az-a politoloq Məhəmməd Əsədullazadə bildirib. O deyib ki, razılaşmaya əsasən, Azərbaycan vətəndaşları Naxçıvana gedərkən heç bir yoxlamaya məruz qalmayacaqlar:

“Tranzit yüklər istisna olmaqla, Azərbaycan yükləri yoxlanmayacaq. Növbəti mərhələ yekun sülh müqaviləsinin bağlanmasıdır. Ermənistanın baş naziri Nikol Paşinyan yeni konstitusiya qəbul etməsi üçün referenduma getməlidir. Həmçinin N. Paşinyan parlament respublikası sistemini ləğv edib, yarı prezident sisteminə keçəcək və səlahiyyəti öz əlində cəmləşdirəcək”.

Politoloq qeyd edib ki, Ermənistan rəhbərliyi Türkiyə idarəetmə sisteminə keçməyi hədəfləyir:

“Qeyd edim ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra regionda siyasi proseslər əhəmiyyətli şəkildə dəyişəcək. Rusiyanin regional siyasəti və regional təşkilatları fiaskoya uğrayacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı