Aİ-dən İrana xəbərdarlıq: Tehran nüvə silahı istehsal etmək istəyir?

Aİ İrandan nüvə doktrinası ilə bağlı təhdidlərə son qoymasını tələb edib.

Metbuat.az-ın məlumatına görə, bu barədə Avropa Birliyinin sözçüsü Piter Stano müsahibəsində deyib. Bildirilib ki, Agentlik hələ də İranın nüvə silahı istehsal etmək düşüncəsinin dəyişməsini gözləyir:

“Biz İrandan Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı dərhal normallaşdırması kimi konkret addımlar atmasını gözləyirik. İran həmişə nüvə proqramının sırf dinc xarakter daşıdığını iddia edib, ancaq bu yaxınlarda İranın rəhbəri Xameneyinin müşaviri Kamal Xərrazi xəbərdarlıq edib ki, İranın varlığına təhlükə yaranarsa, nüvə doktrinasına yenidən baxıla bilər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı