Rəisinin hesabından xalqa çağırış edildi - FOTO

Helikopteri qəzaya uğrayan İran prezidenti İbrahim Rəisinin rəsmi "Instagram" hesabında paylaşım edilib.

Metbuat.az xəbər verir ki, paylaşımda insanlardan onun üçün dua etməyi xahiş edilir:

"Əziz İran xalqından Rzanın bəndəsi üçün dua etməsi xahiş olunur".

Qeyd edək ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib. Helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub. İnsident İranın Şərqi Azərbaycan vilayətindəki Varziqan şəhərində baş verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı