Rəisini o əvəz edəcək - FOTO

İranın birinci vitse-prezidenti Məhəmməd Mokhber seçkilər keçirilənə qədər İslam Respublikasına rəhbərlik edəcək.

Metbuat.az bildirir ki, bu barədə IRIB telekanalı məlumat yayıb.

Telekanal bildirir ki, İran Konstitusiyasının 131-ci maddəsinə əsasən, prezidentin vəfat etdiyi təqdirdə, onun səlahiyyətlərini ölkə rəhbərliyinin təsdiqi ilə birinci vitse-prezident icra edəcək.

Yeni prezident ən geci 50 gün ərzində seçilməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR