Qəzada öldüyü deyilən o şəxs sağ çıxdı - FOTO

Xəbər verdiyimiz kimi, İran prezidenti İbrahim Rəisi ötən gün helikopter qəzasında həlak olub.

Metbuat.az bildirir ki, qəzada ölənlərdən birinin də İranın hüquq-mühafizə qüvvələrinin baş komandanı, briqada generalı Əhməd Rza Radan olduğu qeyd edilmişdi.

Bu barədə məlumat yayan "Mehr" agentliyi Əhməd Rza Radanın ölüm xəbərinin yalan olduğunu yazır. Mənbənin sözlərinə görə, Əhməd Rza Radan hazırda gündəlik işləri ilə məşğuldur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı