Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı verdi

Azərbaycanın Baş naziri Əli Əsədov İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və digər müşayiət edən şəxslərin helikopter qəzasında həlak olmaları ilə bağlı İranın Birinci vitse-prezidenti Məhəmməd Moxberə başsağlığı məktubu ünvanlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Məktubda Ə.Əsədov İranın Birinci vitse-prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, İran xalqının kədərinə şərik çıxdığını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı