Dünya çempionu Hidayət Heydərov vətənə qayıtdı

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatının qalibi Hidayət Heydərov vətənə qayıdıb.

Metbuat.az xəbər verir ki, idmançını hava limanında gənclər və idman naziri Fərid Qayıbov, habelə idman xadimləri, jurnalistlər və cüdo həvəskarları qarşılayıblar.

Xatırladaq ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur. Mayın 20-də Hidayət Heydərov (73 kq) dünya çempionu olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı