Xəzərin suyu niyə azalır? - Ekoloq səbəblərdən DANIŞDI

"Xəzər dənizinin suyunun azalması bir çox səbəblərdən asılıdır. Heç kim dənizin suyunun azalıb-artması barədə dəqiq bilmir. Alimlər bunun əsl səbəbini kəşf edə bilməyiblər. Amma görünən səbəblər bunlardır ki, bu dənizə axan çayların suları getdikcə azalır. Buna səbəb su axınının qarşısının alınması, bəndlərin və ya elektrik stansiyalarının tikilməsidir".

Bu sözləri Metbuat.az-a açıqlamasında ekoloq Məhərrəm Mehdiyev deyib. O bildirib ki, Kür çayından həm türklər, həm də gürcülər istifadə edir, ona görə də, azalma baş verir:

"Dəniz suyunun azalmasının digər səbəbi isə iqlim dəyişiklikləri prosesidir. İllik orta temperatur qalxır və suyun buxarlanması baş verir. Hazırda Xəzər dənizinin suyunun azalması ətraf mühit, insan sağlamlığı və təsərrüfat sahələri üçün təhlükəli hesab olunmur. Amma azalma belə sürətlə davam edərsə, bəzi təsərrüfat sahələrinə, xüsusilə dənizdə neft-qaz əməliyyatlarına, dəniz nəqliyyatına, limanların fəaliyyətinə problem yarada bilər".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı