Bakı Hərbi Məhkəməsində rüşvət almaqda təqsirləndirilən N saylı hərbi hissənin sabiq tabor komandiri Elnur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Metbuat.az-ın məlumatına görə, hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə, E. Əliyev 5 il azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
Xatırladaq ki, E. Əliyev cinayət məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) maddəsi ilə ittiham olunub. O, məhkəmə istintaqı dövründə azadlıqda olub.