Prezidentlər bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Azərbaycan və Tacikistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.

Metbuat.az xəbər verir ki, mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon mətbuata bəyanatlarla çıxış ediblər.

***

11:32

Azərbaycan və Tacikistan prezidentlərinin geniş tərkibdə görüşü başlayıb.

Metbuat.az xəbər verir ki, mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü başlayıb.

***

11:26

Mayın 23-də Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü başlayıb.

Metbuat.az bildirir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

10:19

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Tacikistan Prezidenti Emoməli Rəhmonun mayın 23-də rəsmi qarşılanma mərasimi olub.

Metbuat.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Tacikistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonu qarşıladı.

    Fəxri qarovul dəstəsinin rəisi Tacikistan Prezidentinə raport verdi.

    Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

    Tacikistan Prezidenti Azərbaycan əsgərlərini salamladı.

    Tacikistan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

    Azərbaycan nümayəndə heyəti Tacikistan Prezidentinə, Tacikistan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun qarşısından keçdi.

    Dövlət başçıları rəsmi foto çəkdirdilər.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR