"WhatsApp"da fotoları bu cür göndərmək mümkün oldu

"WhatsApp" yeni funksiyanı aktivləşdirib.

Metbuat.az xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb. Yeni funksiya sayəsində "WhatsApp"da bütün media faylları standart olaraq HD keyfiyyətində göndərmək mümkün olacaq.

Bunun üçün parametrlərdə "Məlumat və yaddaş" bölməsinə daxil olaraq, foto və videoların HD formatda göndərilməsini seçmək lazımdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR