Naxçıvanda ilk dəfə keçirilən sertifikasiya imtahanlarında bacı-qardaş yüksək nəticə göstərib.
Metbuat.az xəbər verir ki, bu barədə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey məlumat yayıb. Bildirilib ki, liseyin müəllimi Könül Heydərova 60 bal toplayaraq maksimum nəticə əldə edib.
Onun qardaşı Arbatan kənd tam orta məktəbinin müəllimi Məhərrəm Qafarov isə həmən imtahanda 53 bal toplayıb.
Hər ikisi Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin məzunlarıdır.