Bugünkü buraxılış imtahanının cavabları nə vaxt açıqlanacaq?

Aprelin 14-dən etibarən DİM-də bu gün (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

Bu barədə Metbuat.az-a DİM-dən məlumat verilib.

İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 5 həftə ərzində elan olunması nəzərdə tutulur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı