Şəhid İlqar Rəhimovun qalıqları dəfn olundu - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rəhimov İlqar Şaiq oğlunun meyitinin qalıqları Ucar rayonuna gətirilib.

Metbuat.az bildirir ki, o, Gəncə şəhərində Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.

Şəhidin nəşi rayonun Müşkürlü kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.

Qeyd edək ki, Rəhimov İlqar Şaiq oğlu 1994-cü ildə Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR