Şahdağa qar yağdı - FAKTİKİ HAVA

Mayın 25-i saat 9:30-a olan məlumata əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, Şahdağda isə qar yağıb.

Bu barədə Metbuat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Gədəbəy, Göygöldə 20 mm, Qusar, Daşkəsəndə 17 mm, Yardımlıda 15 mm, Tovuzda 14 mm, Şəki, Qəbələdə 13 mm, Mingəçevirdə 12 mm, Qrız, Şəmkirdə 11 mm, Oğuzda 10 mm, Gəncədə 9 mm, Cəlilabad, Lerik, Ağdam, Naftalan, Yevlax, Tərtər, Ağstafa, Qax, Xaltan, Ordubad, Balakən, Sədərək, Astara, Culfa, Şərur, Zaqatala, Ceyrançöl, Qobustan, Naxçıvan, İsmayıllı, Altıağac, Göyçay, Beyləqan, İmişli, Sabirabad, Biləsuvar, Neftçala, Bərdə, Şahbuzda 8 mm-dək olub.

Şimal-qərb küləyi arabir Gəncədə 20 m/s, Naftalanda 18 m/s, Naxçıvanda 16 m/s-dək güclənib.

Sumqayıt, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Balakən, Qax, Qrız, Şahdağ, Lerik, Mingəçevirdə duman müşahidə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR