"Neftçi"nin ilk transferi o oldu - FOTO

"Neftçi"nin yayda heyətinə cəlb edəcəyi ilk oyunçu bəlli olub.

Metbuat.az Qol.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi monteneqrolu yarımmüdafiəçisi Edvin Kuçla razılıq əldə edib.

"Ballkani"nin (Kosovo) futbolçusunun mövsümün sonunda klubu ilə müqaviləsi başa çaacaq və o, "Neftçi"yə azad agent kimi keçəcək.

30 yaşlı futbolçu "Neftçi"yə mümkün keçidi ilə bağlı "KosovoPress"ə açıqlama verib:

"Neftçi" mənimlə hələ yanvarda maraqlanmışdı. Həmin vaxt oyunçu çatışmazlığımız olduğuna görə qərara gəldik ki, yaya qədər gözləyək. Artıq klubla müqaviləm başa çatıb. Mən azad agent kimi "Neftçi"yə keçirəm".

Qeyd edək ki, Edvin Kuç bu mövsüm "Ballkani"də ümumilikdə 49 oyuna 7 qol vurub, 4 qol örürməsi edib. Monteneqrolu futbolçu "Deçiç", "Usti nad Labem", "Mladost", "Rudar", "Qjilani" klublarında da oynayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı