İtkin düşən 83 yaşlı qadını polis tapdı

İtkin düşmüş 4 nəfər tapılaraq təhvil verilib.

Metbuat.az bildirir ki, bu barədə DİN məlumat yayıb. Məlumatda deyilir:

"Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 5-də Sabirabad rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 1941-ci il təvəllüdlü qadın, mayın 23-də paytaxtın Səbail rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 2010-cu il təvəllüdlü qız, mayın 23-də Mingəçevir şəhərində azyaşlı övladı ilə birgə itkin düşmüş kimi axtarışda olan 2002-ci il təvəllüdlü qadın və mayın 25-də Masallı rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 2005-ci il təvəllüdlü qız tapılaraq aidiyyəti üzrə təhvil veriliblər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR