Pakistanda faciə - 28 ölü, 20 yaralı var

Pakistanda avtobusun qəzaya uğraması nəticəsində azı 28 insan həlak olub, 20-yə yaxın insan isə yaralanıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin Bəlucistan əyalətində baş verib. Ölənlər arasında qaın və uşaqların olduğu bildirilir.

Qəzanın baş verməsinə səbəb avtobusunun təkərinin partlaması olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı