Azərbaycanlı model Sirac Bəyəlizadə Kann Film Festivalında

Dünyanın nüfuzlu kino layihələrindən Kann Film Festivalı mayın 14-də start götürüb. Bu il 75-cisi düzənlənən ənənəvi kinofestival dünya şöhrətli ulduzların qırmızı xalı keçidi ilə yadda qalıb. Açılışa Bella Hadid, Selena Gomez, Eva Qrin, Ceyn Fonda, Jülyet Binnoş, Məryəm Üzərli, Hande Erçel kimi məşhurlar damğa vurub. Festivalda ölkəmizi azərbaycanlı tanınmış model Sirac Bəyəlizadə təmsil edib.

Yaşının gənc olmasına baxmayaraq, moda və iş dünyasında uğurları ilə adından söz etdirən influencer növbəti uğuruna imza atıb. Belə ki, o, Kann kino festivalı çərçivəsində ardıcıl olaraq Hollywood ulduzu Eva Longoria, dünya şöhrətli Gipsy Kings qrupunun solisti Nicolas Reyes kimi məşhurların qatıldığı Gift Gala Kann, Yaxt Party və son olararq məşhur geyim brendi Phillip Pleinin qapalı şam yeməyinin qırmızı xalı keçidində iştirak edib. Sirac Bəyəlizadə bu barədə sosial media hesabında paylaşım edib.

Qeyd edək ki, Sirac Bəyəlizadə bundan əvvəl 2023-cü ildə dünyanın mədəni mərkəzlərindən olan Dubayda baş tutanGolden Wings Awards mükafatlandırma mərasimində təltif olunmuşdur.

Kann Film Festivalı festival 28 may tarixində gerçəkləşəcək mükafatlandırma mərasimi ilə başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı