"Qalatasaray"ın futbolçusu Kerem Aktürkoğlu ilə bağlı sürpriz iddia irəli sürülüb.
Metbuat.az xəbər verir ki, futbolçunun "Real Sosyedad"la anlaşdığı bildirilib. Türkiyə mənbələrinin məlumatına görə, tərəflər müqavilə imzalamaq üzrədir.
Məlumata görə, İspaniya komandası Kerem Aktürkoğlu üçün "Qalatasaray"a 12 milyon avro ödəyəcək. Müqavilədə bonuslar da olacaq. Bonus maddəsinin 3 milyon avro olduğu qeyd edilib. Transferin reallaşması üçün “Qalatasaray” rəhbərliyi də razılıq verib.
Qeyd edək ki, bu mövsüm "Qalatasaray"ın heyətində 54 oyuna çıxan Kerem 15 qol vurub, 9 məhsuldar ötürmə edib.