Azərbaycanda çörək bahalaşacaq?

Xəbər verdiyimiz kimi, Azərbaycanda un bahalaşıb. Belə ki, aprel ayında 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edib. Bu ay isə qiymət 27 manat 35 qəpiyə qədər artıb. Bəs görəsən, unun qiymətindəki artım çörəyin bahalaşmasına təsir göstərəcək?

Metbuat.az Unikal.az-a istinadən bildirir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev ölkədə çörəyin qiymətinin artmasının gözlənilmədiyini deyib.

"Ola bilsin ki, bu aylarda un məhsullarına olan tələbat yüksəldiyi üçün müəyyən qiymət artımı olsun. Bir neçə gündən sonra buğda və arpa biçininə başlanılacaq. Sözsüz ki, bazar tənzimlənməlidir. Ona görə də narahatlığa səbəb yoxdur", - deyə komitə sədri bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı