Nikahdankənar doğulan uşaqların sayı azalıb

2023-cü ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 15 622 nəfər olub.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.

    Qeyd edilib ki, bunlardan şəhər yerlərində doğulanların sayı 6 019, kənd yerlərində doğulanların sayı isə 9 603 nəfər olub.

    Xatırladaq ki, rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 2015-ci ildə 24 038, 2020-ci ildə 17 714, 2021-ci ildə 17 566, 2022-ci ildə isə 18 814 nəfər olub.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı