Ötən il ali məktəbləri bitirənlərin sayı açıqlanıb

Ötən il ümumi təhsil müəssisələrini bitirən şagirdlərin sayı açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd edilib ki, 2021-ci ildə ümumi təhsil müəssisələrini bitirən şagirdlərin sayı 129 310 nəfər, 2022-ci ildə 131 641 nəfər, 2023-cü ildə isə 144 623 nəfər olub.

Həmçinin əlavə edilib ki, ölkə üzrə mövcud 51 ali təhsil müəssisəsində 2021/2022-ci tədris ilində təhsil alan tələbələrin sayı 212 173, 2022/2023-cü tədris ilində 222 809, 2023/2024-cü tədris ilində isə artaraq 231 437 nəfər olub. Ali təhsil müəssisələrini bitirən mütəxəssislərin sayı 2021/2022-ci tədris ilində 43 409, 2022/2023-cü tədris ilində 46 039, 2023/2024-cü tədris ilində isə 48 421 nəfər olub. Əhalinin hər 1000 nəfəri hesabı ilə ali təhsil müəssisələrini bitirən mütəxəssislərin sayı 2021/2022-ci tədris ilində 43, 2022/2023-cü tədris ilində 45, 2023/2024-cü tədris ilində isə 48 olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR