Metroda qatar yoluna düşən şəxs ölüb - RƏSMİ

Qatar yoluna düşən sərnişin dünyasını dəyişib.

Bu barədə Metbuat.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Vəfat edən şəxsin 65-70 yaşlarında kişi olduğu bildirilib.

Məlumata görə, artıq qatarların hərəkəti bərpa edilib.


***

13:24

Bakı metrosunda sərnişin qatar yoluna düşüb.

Bu barədə Metbuat.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Məlumata görə, "28 May" stansiyasına qatar daxil olanda, sərnişin stansiya yoluna düşüb.

"Xətlərdə yubanma var. Əlavə məlumat veriləcək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR