Lənkəranda təzə doğulan körpə ölüb

Lənkəranda bu gün səhər saatlarında doğulan körpə ölüb.

Metbuat.az bildirir ki, hadisə Lənkəran Perinatal Mərkəzdə qeydə alınıb.

Yaxınlarının dediyinə görə, qeysəriyyə yolu ilə dünyaya gələn körpənin səhhətində heç bir problem olmayıb.

Daha sonra səhhətində problem yaranan körpə dərhal əməliyyata götürülüb və orada ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb. Ekspertizanın verəcəyi rəydən sonra ölümün dəqiq səbəbləri bilinəcək.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı