"COP29 iş adamlarının ölkəyə cəlbinə şərait yaradacaq" - Millət vəkili

“COP29-un Azərbaycanda keçirilməsi ölkənin uğurunun nəticəsidir”.

Bunu Metbuat.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili bildirib ki, iştirakçı ölkələrin tədbirin Azərbaycanda keçirilməsinə səs verməsi ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuza işarədir:

“Azərbaycanda ekologiyanın qorunması istiqamətində atdığı addımlar böyükdür. Neft-qaz ölkəsi olan Azərbaycan ekologiya məsələlərində həssaslıq nümayiş etdirir. Bu məsələ dövlətimizin, Prezident İlham Əliyevin xüsusilə diqqətindədir.

COP29-un Azərbaycanda keçirilməsi dünyanın yüzdən çox nümayəndəsinin ölkəyə gəlməsinə, iş adamlarının ölkəyə cəlbinə şərait yaradacaqdır. Hesab edirəm ki, COP29-un Azərbaycan tarixində əhəmiyyətli rol oynayacağı indidən bəllidir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı