Təkrar orta ixtisas təhsili ödənişlidir? - AÇIQLAMA

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06.09.2010-cu il tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilən “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsil almış şəxslərə müvafiq sənədin verilmə qaydası”nın 8.2 bəndinə əsasən əlavə təhsilin təkrar orta ixtisas təhsil istiqaməti üzrə yalnız ödənişli əsaslarla həyata keçirilir və vətəndaşın özü tərəfindən ödənilir.

Metbuat.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "İnstagram" hesabında Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin Tədris işləri üzrə böyük mütəxəssisi Xanım Məmmədova açıqlayıb.

Onun sözlərinə görə, 2024/2025-ci tədris ili üçün əlavə təhsilə müraciət edib qəbul olan tələbələrin təhsil haqqının ödənilməsi atis.edu.az sistemi üzərindən aparılır.

“Təhsil haqqının ödənilmə şərtləri barədə məlumat müqavilədə qeyd olunub. Təhsil üçün ödənişin miqdarı müvafiq qaydalara uyğun müəyyən edilir və təhsil haqqı tədris ili ərzində 2 dəfə olmaqla, ilkin ödəniş 50% I yarımilində, 50% isə ikinci yarımilində, fevral ayının 16-na qədər ödənilir”.

X.Məmmədova qeyd edib ki, “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarına əsasən orta ixtisas təhsili pilləsində əyani təhsil alan ödənişli tələbələr Təhsil Tələbə Krediti (TTK) almaq hüququna malikdirlər.

“Əgər tələbənin təhsil haqqının ödənilməsində maddi çətinlik olarsa, bu zaman tələbə Təhsil Tələbə Kredit Fonduna müraciət edə bilər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı