Cəlilabadda dəhşətli yol qəzası baş verib.

Metbuat.az bildirir ki, hadisə rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb.

    İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobusun qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, çoxlu sayda xəsarət alan var.

    Xəsarət alanlar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.

    Hazırda hadisənin təfərrüatı, ölən və xəsarət alanların kimliyi dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.