İrəvanın Bakıdan Konstitusiya tələbi: Əsl məqsəd nədir? - VİDEO

İyunun 4-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentində belə bir bəyanatla çıxış edib:

"Həm Ermənistan, həm də Azərbaycan bir-birinin konstitusiyalarında uzunmüddətli sülhün bərqərar olması üçün maneələr görür, lakin onlara dəyişiklik edilməsi məsələsi Ermənistan-Azərbaycan danışıqlarının gündəmində deyil".

Mövzu ilə bağlı "Caliber" layihəsinin "Youtube" kanalında süjet yayınlanıb.

Süjetdə bildirilir ki, rəsmi İrəvan tərəfindən müəyyən konstitusiya iddiaları Azərbaycanın oxşar tələblərinə qarşı paritetinin yaradılmasına, Ermənistan konstitusiyasındakı probleminin balanslaşdırılmasına cəhddir və bu, Bakının İrəvana qarşı məlum tələbindən əl çəkməsi üçün edilir.

Bununla Paşinyan həm də özünü seçicilərə göstərmək məqsədi güdür. Yəni baş nazir və komandası bir daşla iki quş vurmaq istəyir.

Lakin Azərbaycan Konstitusiyası ilə bağlı iddia sadəcə olaraq gülüncdür.

Metbuat.az "Caliber"in mövzu ilə süjetini təqdim edir:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı