AFFA pley-off qarşılaşmasındakı hadisələrə görə 2 klubu cəzalandırdı

AFFA İntizam-komitəsi Azərbaycan II Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində keçirilən “Hypers” – “Şəfa” matçında baş verən hadisələrə görə hər iki klubun cəzalarını açıqlayıb.

Metbuat.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, oyununun 90+4-cü dəqiqəsində “Hypers” komandasının heyətində Sirac Məmmədli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb.

“Şəfa” komandasının üzvü Nicat Abbasov da eyni hərəkətə görə cəzaya məruz qalıb. O, qarşılaşmanın 90+5-ci dəqiqəsində birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun diskvalifikasiya edilib, komandası 300 manat cərimə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı