Gürcüstanın xarici valyuta ehtiyatları azalıb

Cari ilin yanvar-may ayları ərzində Gürcüstan Milli Bankının xarici valyuta ehtiyatları 409,6 milyon lari azalıb.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Bankın saytında məlumat verilir.

Cari il mayın 31-nə olan məlumata görə, bankın xarici valyuta ehtiyatları 4,6 milyard dollar təşkil edib ki, burada da 214,3 milyon dollarlıq azalma qeydə alınıb.

Bundan başqa, bank may ayında hərracda 107 milyon dollar satıb.

Qeyd edək ki, Gürcüstan Milli Bankının xarici valyuta ehtiyatları 2023-cü ilin 31 avqustunda ən yüksək həddə artaraq 5 436,8 milyon dollar olub. Bu da müstəqillik tarixində bankın valyuta ehtiyatları üçün ən böyük məbləğ olub. Ötən il bankın xarici valyuta ehtiyatları 101,5 milyon lari artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı