​Kroos “Real Madrid”də qalacağını açıqladı

"Real Madrid" karyerasını Çempionlar Liqası kuboku ilə yekunlaşdıran və AVRO-2024-dən sonra futbolçu karyerasını başa vuracaq olan Toni Kroos gələcəyi ilə bağlı açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, o “Real Madrid”dən ayrılmayacağını ifadə edib. Kroos Almaniya mediasına müsahibəsində futbolçu karyerasını başa vurandan sonra “Real Madrid”də qalacağını və “Real Madrid”in gənclər akademiyasında çalışacağını ifadə edib.

Qeyd edək ki, "Real Madrid"in heyətində bu mövsüm La Liqa və Çempionlar Liqasında çempionluq yaşayan Kroos 48 matçda 1 qol vurub, 10 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR