Lissabon, 6 iyun, AZƏRTAC
“Bakı-2015” ilk Avropa Oyunlarında çıxış edəcək Portuqaliya komandasının flaqmanı atıcı Joao Kosta olacaq.
İdmançı deyib ki, ölkəsinin bayrağını daşımaq, komandanın lideri olmaq onun üzərinə böyük məsuliyyət qoyur və bu, həm də çox qürurvericidir. O, bütün komanda üçün nümunə olmağa çalışacağını bildirib. Joao Kosta komandada təmsil olunan gənc idmançılara həmişə kömək etməyə hazır olduğunu deyib.
Triatlonçular Joao Silva və Joao Pereyra da öz komanda yoldaşlarını dəstəkləyərək Bakıda maksimum yaxşı nəticə göstərmək üçün çalışacaqlarını bildiriblər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon