Azərbaycanda “Son zəng” qeyd edilir

Bu gün Azərbaycanda “Son zəng” qeyd edilir.

Metbuat.az xəbər verir ki, 15 sentyabrda başlayan 2023-2024-cü tədris ili 14 iyunda başa çatır.

    Elm və Təhsil Nazirliyi “Son zəng”lə bağlı məktəblərə müvafiq tapşırıqlar verib.

    2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 706 935 nəfər təşkil edib.

    Cari tədris ilində ümumi təhsil müəssisələrində 102 120 nəfər XI sinfi, 150 445 nəfər IX sinfi bitirir.

    Bu tədris ilində ölkə üzrə 137 862 şagird birinci sinfi bitirir.

    Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 87 569 uşaq təhsil alıb.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR