Arıqladır, şəkəri tarazlaşdırır - Alma çayının 7 faydası

Bədənimiz üçün ən faydalı meyvələr arasında yer alan almanın sağlamlıq baxımından çoxlu faydaları var. 100 qram almanın 85%-i sudur.

Almanın qabığı da mədə və bağırsaq üçün faydalı hesab edilir.

Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, alma qabığından hazırlanan çay qəbizlik problemlərinin həlli ola bilər.

Pəhriz saxlayanlar adətən qəbizlikdən şikayət edirlər. Alma qabığı pəhriz zamanı ən yaxşı köməkçi vasitələrdən birinə çevrilir.

Mütəxəssislər müntəzəm işləyən həzm sistemi üçün alma qabığını məsləhət görürlər. Onun qabıqlarını qaynadıb çay kimi içmək lazımdır.

Bunun üçün alma qabığının üzərinə bir az su, mixək və darçın əlavə etdikdən sonra vam odda 15 dəqiqə qaynadın və süzün. 4-5 damcı limon sıxıb için.

Alma qabığı çayının faydaları:

1. Orqanizmdən toksinləri çıxarır.

2. Həzmsizlik və qəbizliyin qarşısını alır.

3. Arıqlamaq üçün idealdır.

4. Bədəndəki yağları tez yandırır

5. Bağırsaqlardakı parazitləri təmizləyir,

6. Qanda şəkəri tarazlaşdırır.

7. İmmunitet sistemində antikorları artırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı