Arda Gülər Türkiyə - Gürcüstan matçının ən yaxşı futbolçusu seçilib

Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində baş tutan Türkiyə - Gürcüstan matçının ən yaxşı futbolçusu Arda Gülər seçilib.

Metbuat.az xəbər verir ki, gənc futbolçu Gürcüstana 3:1 hesabı ilə qalib gəldikləri görüşün 65-ci dəqiqəsində baxımlı qolla yadda qalıb.

Qeyd edək ki, Türkiyə millisinin digər qollarını Mərt Müldür (25) və Kərəm Aktürkoğlu (90+7) vurub. Gürcüstan komandasından isə Georgi Mikautadze 32-ci dəqiqədə fərlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR