“Lester Siti”nin istedadlı futbolçusu Vilfred Ndidi başqa kluba transfer olmaq istəyir.
Metbuat.az xəbər verir ki, “Lester Siti” ilə müqaviləsi yekunlaşan istedadlı futbolçu ilə “Qalatasaray” da maraqlanır. Bildirilir ki, futbolçunu aralarında “Barselona”nın da olduğu bir sıra nəhəng klublar transfer etmək istəyir. "Qalatasaray"ın Çempionlar Liqasında iştirakını əsas gətirərək nigeriyalı futbolçunu razı salmağa çalışdığı deyilir.
Qeyd edək ki, Vilfred Ndidi ötən mövsüm “Lester Siti”də 36 matçda 2355 dəqiqə forma geyinib. Yarımmüdafiəçi bu matçlarda 6 qol vurub, 6 məhsuldar ötürmə ilə komandasına böyük töhfə verib.