Türkiyənin Azərbaycandakı səfirliyi bu gün Cəbrayıl rayonu ərazisində minatəmizləmə prosesi zamanı baş verən partlayışda insan itkisi ilə bağlı başsağlığı verib.
Metbuat.az bildirir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib:
"Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin əməkdaşının Cəbrayıl rayonunda baş verən mina partlayışı səbəbindən həlak olması və digər əməkdaşların yaralanması xəbəri bizi kədərləndirdi. Həlak olan ANAMA əməkdaşına Allahdan rəhmət, yaralananlara şəfa diləyirik".