Gələn həftənin uğursuz bürcləri - Pis xəbər alacaqlar

Astroloqlara görə, qarşıdakı həftə bəzi bürclər üçün xoşagəlməz hadisələrlə yadda qalacaq. Onlar əhəmiyyətli məsələlərlə bağlı pis xəbərlər eşidə bilərlər.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, həmin bürclər bunlardır:

Xərçəng - sevgi münasibətlərinizdə problemlər yaranacaq. Gözlənilməz xəbər alacaqsınız, həmçinin, ani ayrılıqlar baş tuta bilər. Yeni "rəqiblər" meydana çıxacaq ki, bu da xoşagəlməz xəbərlər eşitməyinizə səbəb olacaq. Hər vəziyyətdə sakit qalmalı və ağıllı addımlarla yaranan problemi həll etməyə çalışmalısınız.

Şir - gözləmədiyiniz halda iş və karyeranızla bağlı pis xəbər eşidə bilərsiniz. Lakin kədərlənməyə dəyməz. Qarşılaşacağınız problemin kompensasiyası mümkün olacaq. Pul itkisi gözlənilir.

Əqrəb - ailə münasibətlərində diqqətli olmalısınız. Yaxınlarınızla bağlı pis xəbər ala bilərsiniz. Yaranan problemin həlli sizin malik olduğunuz müsbət xüsusiyyətlərdən asılı olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR