Çexiya Gürcüstanla bacarmadı - AVRO-2024

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının F qrupunda ikinci turun ilk oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, birinci turda məğlub olan Gürcüstan və Çexiya yığmalarının görüşündə qalib müəyyənləşməyib - 1:1.

Oyunda hesabı 45+4-cü dəqiqədə gürcülər açıblar. Jorj Mikautadze penaltini dəqiq yerinə yetirib. Çexiyalıların bərabərlik qolunu isə 59-cu dəqiqədə Patrik Şik vurub.

Bu nəticədən sonra hərəyə 1 xalı olan Çexiya və Gürcüstan yığmaları müvafiq olaraq, qrupda 3-4-cü yerləri bölüşdürür. Bu, Avropa çempionatında debüt edən Gürcüstan millisinin turnirdə ilk xalı olub.

Qeyd edək ki, bu qrupun digər matçında Türkiyə və Portuqaliya seçmələri qarşılaşacaqlar. Həmin görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR