"Üzü gəlmədi, işə taksi ilə getdi" - Öldürülən polislə bağlı təsirli faktlar

Jurnalist Məğrur Salmanov bu gün Bakıda öldürülən polis kapitanı Eldəniz Məmmədovla xatirələrini danışıb.

Metbuat.az bildirir ki, o, bu barədə sosial media hesabında paylaşım edib:

“Eldənizlə qonşu idik. Zəhmli görünür, ancaq yumşaq adam idi. Demək həyətdə 5 maşınlıq dayanacağımız var idi. Cəmi 5 qonşu maşını saxlayırdı. Mən yeni idim, çox sıx olurdu həyət. Bir dəfə maşınımı onun maşının qabağında saxladım. Gecə maşını kənara çəkməyi unutmuşdum. Üstündən 2-3 gün keçəndən sonra liftdə qarşılaşdıq. Çox utanırdım. Adam səhər tezdən qapını döyməyə üzü gəlməyib, taksi ilə işə gedib. Nə isə üstündən bir neçə gün keçəndən sonra liftdə qarşılaşdıq. Əlini çiynimə qoyub, "ay səni tutdum" deyə ağır-ağır güldü. İkimiz də güldük. Dostluq yarandı.

Eldəniz məhləni işıqlandırmaq üçün projektor almışdı, öz sayğacına qoşmuşdu. Məhlənin səliqə səhmanına təşəbbüs göstərən adam idi. Məhlədə hündür quru ağaclar var idi, külək əsəndə təhlükəli idilər. Nə qədər çalışsa da, aidiyyəti qurumlara ağacları kəsdirə bilməmişdi. Mənə tez -tez "gör neyləyə bilirsən, ay jurnalist..." deyirdi. Yaşıllaşdırmaya ağacları hamısını doğratmışdım. Bu da bir xatirə. Allah rəhmət eləsin!”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı