Julian Assanj azadlığa buraxıldı

“Wikileaks”ın qurucusu Julian Assanj İngiltərədəki həbsxanadan azadlığa buraxılıb.

Metbuat.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində “Wikileaks” hesabı məlumat yayıb.

Onun saxlanılmasına səbəb isə 2010-cu ildə “Wikileaks”ın ABŞ-nin İraq və Əfqanıstanda həyata keçirdiyi əməliyyatlarla bağlı 251 min gizli sənəd dərc etməsi olub.

Qeyd edək ki, “Wikileaks”, 2006-cı ildə Julian Assanj tərəfindən yaradılmış qeyri-kommersiya təşkilatıdır. Təşkilatın fəaliyyəti məxfi sənədləri və məlumatları ictimaiyyətə çatdırmaqdır. “Wikileaks”, anonim mənbələrdən əldə etdiyi sənədləri onlayn olaraq dərc edərək hökumətlərin və digər təşkilatların gizli fəaliyyəti haqqında məlumatları açıqlayır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı