Bu imtahan ödənişli olacaq

Peşəkar mühasib sertifikatının verilməsinə görə imtahan ödənişli olacaq.

Metbuat.az bildirir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Mühasibat uçotu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Layihəyə əsasən, peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İmtahanda iştirak ödənişlidir. İmtahanda iştirak etmək üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

    Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı