Almaniyada təşkil olunan Avropa çempionatında C qrupunun III turunun İngiltərə - Sloveniya və Danimarka - Serbiya matçları başa çatıb.
Metbuat.az xəbər verir ki, hər iki oyun qolsuz yekunlaşıb.
Beləliklə, İngiltərə qrup birincisi, Danimarka ikinci kimi 1/8 finala vəsiqəni təmin edib. Sloveniya isə ən yaxşı qrup üçüncüsü kimi pley-offda çıxış edəcək.
1 | İngiltərə | 3 | 1 | 2 | 0 | 2-1 | 5 |
2 | Danimarka | 3 | 0 | 3 | 0 | 2-2 | 3 |
3 | Sloveniya | 3 | 0 | 3 | 0 | 2-2 | 3 |
4 | Serbiya | 3 | 0 | 2 | 1 | 1-2 | 2 |