Mourinyonun "Fənərbaxça"dakı ilk "qurbanı" - Birinci məşqdən sonra qapını göstərdi

“Fənərbaxça” ilə ilk məşqinə çıxan Joze Mourinyo Miha Zaycın oyununu bəyənməyib.

Metbuat.az xəbər verir ki, ilk məşqdən sonra Mourinyo futbolçunun transferə çıxarılmasına razılıq verib. Türkiyə mediasının məlumatına görə, ötən mövsüm yaxşı oyun nümayiş etdirə bilməyən futbolçu baş məşqçinin təlimatından sonra Samandıradan əşyalarını yığmağa başlayıb. Bildirilir ki, “Fənərbaxça”nın yeni mövsümdə tətbiq edəcəyi əcnəbi futbolçularla bağlı qaydalara görə, bir sıra xarici futbolçular klubdan göndərilməlidir.

Məlumata görə, Miha Zaycla bir sıra Türkiyə klubları maraqlanır. Ötən mövsüm "Fənərbaxça"nın heyətində 21 matça çıxan Miha Zayc 2 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı