"Whatsapp"da status səhifəsi dəyişir - YENİLİK

"Whatsapp" yeni funksiyanın təqdimatına hazırlaşır.

Metbuat.az “WABetaInfo” portalına istinadən xəbər verir ki, yenilik statuslarla bağlıdır.

Yeni funksiya sayəsində status bölməsinə “mətn”, “video” və “fotoşəkil” kateqoriyaları əlavə ediləcək və status paylaşarkən onun formatını asanlıqla seçmək mümkün olacaq. Məsələn mətn paylaşımı edərkən, istifadəçi fikrini dəyişib foto paylaşmaq istəsə, status bölməsindən çıxmağa ehtiyac olmayacaq.

Funksiyanın hazırda sınaqdan keçirildiyi bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR