Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Azərbaycanın yeniyetmə cüdoçusu Bahadur Feyzullayev (50 kq) Bolqarıstanda keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Metbuat.az-ın məlumatına görə, idmançı finalda Ukrayna təmsilçisi Rostislav Kostrikinlə üz-üzə gəlib. Rəqibini məğlub edən Feyzullayev turnirin qalibi olub.

Daha əvvəl eyni çəkidəki Məhəmmədəli Hüsiyev bürünc mükafat əldə edib.

Qeyd edək ki, bu gün Nihad Rəhimov (60 kq) və Diana Eldarova (48 kq) da üçüncü yer uğrunda görüşə çıxacaqlar.

Yarış iyunun 30-da başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı