"Fənərbaxça"nın istədiyi futbolçu Türkiyədə başqa klubu seçdi

"Beşiktaş" heyətinə yeni oyunçu cəlb edib.

Metbuat.az xəbər verir ki, son olaraq "Benfika" oynayan Rafa Silva ilə 3 illik müqavilə imzalanıb.31 yaşlı hücumçunun İstanbul klubunda hər mövsüm üçün 6 milyon avro qazanacağı da açıqlanıb. Rafa Silva ilə "Fənərbaxça" klubunun da maraqlandığı deyilirdi.

Qeyd edək ki, Portuqaliya millisinin sabiq üzvü 2016-cı ildən "Benfika"da çıxış edirdi. O, daha əvvəl "Feyrense" və "Braqa"da da oynayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR