​“Fənərbaxça” iki ulduz futbolçu ilə anlaşdı

“Fənərbaxça” 2 ulduz futbolçunu transfer etmək üzrədir.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Lazar Samardziç və Alvaro Morata ilə danışıqlar aparan "Fənərbaxça" məhsuldar görüşlər keçirib. "Hürriyet" qəzetinin xəbərinə görə, "Fənərbaxça" Lazar Samardziç üçün "Udineze"yə 14 milyon avro + bonus təklif edib. Xəbərdə serbiyalı yarımmüdafiəçi Samarjiçin transferində Tadiç və "Udineze"nin sabiq futbolçusu Bekaonun da vasitəçi olduğu bildirilib.

"Fənərbaxça"nın Alvaro Morata üçün isə 15 milyon avro təklif etdiyi deyilir.İspan hücumçunu başqa klublar istəsə də, hücumçu Mourinyo faktoruna görə "Fənərbaxça"ya üstünlük verir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR